9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda 10 gəncdən 1-i işsizdir – Nazir müavini

Azərbaycanda bu gün 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faizdir.

Banker.az Trendə istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur.

M.Kərimli deyib ki, gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir.metin 1

Nazir müavininin sözlərinə görə, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: “Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır”.

M.Kərimli qeyd edib ki, hər il Azərbaycanda əmək bazarına 100 min gənc daxil olur.

Son xəbərlər
Digər xəbərlər