6 C
Baku
Sunday, December 15, 2024

“Gənclər pulu öz təhsillərinə xərcləməlidirlər, telefona ya da maşına yox” – Müsahibə

Banker.az-ın The University of Manchester-də təhsil alan hımyerlimiz Yaqub Şükürov ilə müsahibəsini sizə təqdim edir.

Yaqub bəy, xaricidə təhsil almağa getməmişdən öncə Azərbaycandakı həyatınızdan danışa bilərsinizmi? O dövrdə nə işlə məşğul idiniz?

Xaricdəki təhsildən əvvəl Bakıda fərqli məktəblərdə təhsil almışam. 7-ci sinifdə Dədə Qorqud türk liseyinə daxil oldum. Düzdür bəzi səbəblərə görə mənfi xüsusiyyətləri var idi, onları nəzərə almasaq çox möhtəşəm məktəb idi. Orda təhsili 8-ci sinifdən ingilis dilində alırdıq. Elə liseydəki ingilis dilindəki təhsilə görə dünyadan xəbərimiz olurdu.

Necə olduki birdən birə xaricidə təhsil almaq istədiniz?

Liseydə bizdən əvvəlki məzunlardan xaricdə təhsil alan təbələr çox idi. Xaricin perspektivləri barəsində məlumatlar verirdilər. Biz də çox həyəcanlanırdıq. 9 və 10-cu sinifdə olanda kompyuterdə layihələr hazırlayırdım fərqli beynəlxalq layihə olimpiyadaları olurdu. Oralarda sinif yoldaşlarımnan iştirak edirdik. Xariclə bağlı istəyim belə yaranmışdı. Sondaran bu mövzünu evdə açanda da müsbət qarşıladılar və həvəsləndirdilər.

Xahiş edirəm, The University of Manchester-ə qəbul prosesi haqqında məlumat verərdiniz. (imtahanlar, sənədlərin göndərilməsi və s. ) Daha çox hansı mərhələ sizə ağır gəldi?

İlk öncə ingilis dili imtahanı – IELTS-ı verdim. IELTS nəticəmnən İngiltərəyə Foundation yəni ki 12-ci sinifə qəbul oldum. Azərbaycanda təhsil 11 illik olduğuna görə orda universitet oxumaq üçün 2 yol var idi, ya mənim elədiyim kimi 12-ci sinifi orda oxumaq, ya da Bakıda universitetlərin birində 1-2 il oxuyub Ingiltərə universitetlərinin birinə keçid etmək. Azərbaycandan İngiltərəyə gedən tələbələrin çoxusu keçid etmişdilər.

12-ci sinifdə kimya, fizika, riyaziyyat, informatika və ingilis dilindən imtahan verdim. Elə ən ağır mərhələ bu idi. Çünki bizdən əvvəl gələn 20 nəfər azərbaycanlı var idisə onlardan yalnız 3-4 nəfər Manchester universitetinə qəbul ola bilmişdi. Universitetdə təhsil alan qalan azərbaycanlı tələbələr hamısı keçid etmişdilər.

Yaqub bəy, çox insan xaricidə təhsil baryerini məhz təhsil haqqı ilə bağlayır. Siz təhsil haqqı problemin necə aradan qaldırdınız (Sirr deyilsə təhsil haqqının məbləğini qeyd edərdiniz)?

Universitetə qəbul olannan sonra dövlət təqaüd proqramına müraciət elədim. Təqaüd proqramınnan yararlanacağımdan əmin idim, çünki mənim Kimya, Fizika, Riyaziyyatdan aldığım qiymət A*, A, A idi, heç ingilislər bu balı yığa bilmirdilər. Uzun sözün qısası təqaüdü ala bilmədim, səbəb isə indiyə qədər mənə qaranlıq qaldı.

Xaricidə təhsil sizin ümidlərinizi doğruldumu? Bu prosesin üstünlükləri nələr oldu?

Çox yaxşı bacarıqlar əldə etdim, biliyimi və dünyagörüşümü inkişaf elətdirdim. İstədəyim kimi təhsil proqramını özümə uyğunlaşdırmışdım. Marağında olduğum sahələrin dərslərini seçmişdim. Dərs oxumaq üçün xüsusi binamız var idi, 7/24 azərbaycanlı tələbər olaraq orda vaxtımızı keçirirdik. Kitabxanamızda bütün dünya ədəbiyyatı var idi, bunun içinə Azərbaycan elmi ədəbiyyatı belə daxildir. Leksiyalar, seminarlar, həftəlik laboratoriya işləri və sair fəaliyyətlər bütün yönləriylə bizi dayanmadan inkişaf elətdirirdi.

Xaricidə təhsil almaq istəyən şəxslərə nə məshələt vermək istərdiniz?

Xaricdə təhsil almaq istəyən gənclər əgər dünya səviyyəsində universitetlərə gedirlərsə onda orda sərf elədikləri əziyyət, vaxt və pulun bir dəyəri olmuş olar. Əgər xaricə yaxşı beynəlxalq nailiyyəti, nəşrləri, müəllimləri olmayan bir universitetə getmək istəyirlərsə, heç də məsləhət deyil. Həmin gənclərin Bakıda qalıb özünü inkişaf elətdirməyi daha yaxşı olar. Ən əsasda gənclər öyrənməyi öyrənmələri çox vacibdir. Düzgün və dəyişkən metodlarnan istifadə edib, mövzunu əsaslı qaynaqlardan araşdırıb öyrənməlidirlər. Hər ixtisasa uyğun materiallar internetdə asanlıqla tapılır. Gənclər internetdə 20-30 dollar olan kurslarda, dərslərdə iştirak edə bilərlər. Gənclər pulu öz təhsillərinə xərcləməlidirlər, telefona ya da maşına yox. Çox ağıllı bir iş adamı demişdi ki, ən yaxşı investisiya insana edilən investisiyadır. Onun bu sözünü 5 ildən sonra dərk elədim. Məsəl üçün 100 min manat əlinizdə pul var, onu təhsilə yatırıb 4-5 ildən sonra dəyərləndirmək var və burdakı ROI (Return on investment – İnvestisiya üzrə qayıdan məbləğ) müddəti ömrün sonuna qədərdir. Qazandığınız təhsilnən şirkət qura bilərsiniz, start-upınız ola bilər, fərqli şirkətlərdə işləyə bilərsiniz. İkinci variant isə kirayədə olan restoran ya da kafe təmir edib işlətmək. Bunun necə irrasional olduğunuı artıq özünüz fikirləşin.

Son xəbərlər
Digər xəbərlər