G20-nin Əfqanıstanla bağlı fövqəladə iclasının vaxtı məlum olub.
İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, G20-nin Əfqanıstanla bağlı fövqəladə iclası oktyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, NATO missiyası çərçivəsində xarici qoşunların çıxarılmasından sonra Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün iclasın keçirilməsi təşəbbüsü G20-yə sədrlik edən İtaliyadan gəlib.