18 C
Baku
Saturday, May 4, 2024

G20-nin onlayn sammiti keçirilir

“İyirmilik Qrupu”nun (G20) onlayn sammiti keçirilir.

Sammitə Hindistan ev sahibliyi edir.

Daha əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirib ki, Yeni Delhi artıq G20 onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib.

Xatırladaq ki, sentyabrın 9-10-da Yeni Delhidə baş tutan G20 sammiti zamanı Hindistanın Baş naziri Narendra Modi noyabrda qrup liderlərinin virtual formatda görüşünün keçirilməsini təklif edib.

G20-yə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Səudiyyə Ərəbistanı, Yaponiya və Avropa İttifaqı daxildir.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden və Çin sədri Si Sinpin “G 20”nin sammitində iştirak etməyəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər