6 C
Baku
Sunday, December 15, 2024

G20 XİN rəhbərləri Lavrovla foto çəkdirməkdən imtina edib

G20 xarici işlər nazirləri Rusiya XİN rəhbəri Sergey Lavrovla foto çəkdirməkdən imtina edib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, iki gündür Balidə keçirilən G20 XİN rəhbərlərinin iclasında xatirə fotosu çəkilməyib, buna səbəb bir sıra diplomatların, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirməkdən imtina etməsi olub.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti G20 çərçivəsində Blinkenin Lavrovla görüşməyəcəyinə dair məlumat yayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər