1 C
Baku
Saturday, December 14, 2024

G7 liderləri Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul etdilər

Yeddilik” ölkələrinin liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Ukrayna ətrafında vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.

Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən məlumat yayıb.

G7 ölkələri Rusiyanın Krım Muxtar Respublikası və Sevastopolla yanaşı, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin də “qanunsuz ilhaq cəhdini” pisləyir və birmənalı şəkildə rədd edir. Onlar heç vaxt “Rusiyanın ona haqq qazandırmaq üçün istifadə etdiyi saxta referendumları” tanımayacaqlar.

G7 Ukraynanın bütövlüyünü dəstəkləyir, beynəlxalq birlik tərəfindən tanınan ərazini “beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə uyğun olaraq” müdafiə etmək və “ora tam nəzarəti bərpa etmək” hüququnu təsdiqləyir.

“Böyük yeddilik” Kiyevə “nə qədər ki” maliyyə, humanitar və hərbi dəstək vermək niyyətindədir, həmçinin Kiyevin qışa hazırlanmasına kömək etməyə hazırdır.

Liderlər hesab edirlər ki, Ukraynada sülh yolu ilə nizamlanma ölkənin yenidən qurulmasını, o cümlədən Rusiyadan gələn vəsaiti əhatə etməlidir.

“Yeddilik” “Rusiyanın cinayətlərə görə məsuliyyətə cəlb edilməsinin” zəruriliyini elan etdi.

G7 ölkələri Minski Ukraynada xüsusi əməliyyat keçirməkdə Moskvaya yardımı dayandırmağa çağırıb .

Liderlər Ukraynada kimyəvi, bioloji və ya atom silahlarından istifadənin ciddi nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

“G7” “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə qəsdən ziyan vurulmasından dərin narahatlığını ifadə edərək, kritik infrastrukturun qəsdən məhv edilməsini qətiyyətlə pislədiklərini və davam edən araşdırmaları alqışladıqlarını bildirib.

Bəyanatda vurğulanır ki, ölkələr “Rusiya təcavüzünün qlobal iqtisadi sabitliyə mənfi təsirini aradan qaldırmaq üçün, o cümlədən G7 ölkələrində və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və sərfəli qiymətləri təmin etmək üçün əməkdaşlığı davam etdirməklə sıx koordinasiyada hərəkət edəcəklər”.

Ukrayna prezidenti Volodimir Zelenski G7 ölkələrinin liderləri ilə onlayn məsləhətləşmə zamanı Rusiya lideri Vladimir Putinlə danışıqlara getməyəcəyini yenidən bildirib .

Son xəbərlər
Digər xəbərlər