-2 C
Baku
Friday, March 1, 2024

G7 ölkələri Rusiyadan almaz idxalını tam qadağan etməyi planlaşdırır

“Böyük Yeddilik” (G7), eləcə də Avropa İttifaqı dövlətləri Rusiyadan almaz idxalına tam qadağa tətbiq etmək niyyətindədirlər.

Bu barədə “The New York Times” xəbər verir.

Ekspertlər hesab edirlər ki, G7 sanksiyaları Rusiyadan qlobal almaz tədarükünə təsir etməyəcək.

2022-ci ildə ABŞ Rusiyadan kəsilmiş almazların idxalına qadağa qoyub. İqtisadiyyatında qiymətli daş ticarətinin mühüm rol oynadığı Belçikanın müqaviməti ilə əlaqədar Avropa İttifaqı brilyantlara qarşı sanksiyalar tətbiq etməyib. Yeni sanksiyalar Rusiyada çıxarılan, lakin digər ölkələrdə kəsilmiş qiymətli daşların da qadağan olunacağını göstərir.

Yeni sanksiyalar sentyabrda elan ediləcək və 2024-cü ilin yanvarında qüvvəyə minəcək.

“The New York Times” qeyd edir ki, G7 ölkələri dünyanın ən böyük brilyant alıcılarıdır və istehlakın təxminən 70 %-ni təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər