9 C
Baku
Friday, December 13, 2024

G7 ölkələri Ukraynaya 20 milyard dollar yardım ayıracaq

G7 ölkələri qarşıdakı aylarda Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün təxminən 20 milyard dollar ayırmaq barədə razılığa gəlib.

Banker.az xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iki günlük iclasının sonunda qəbul olunan yekun bəyanatda bildirilib.
G7-nin maliyyə nazirləri Ukraynaya müxtəlif qrant və kreditlərlə kömək etmək öhdəliyini təsdiqləyiblər.

Qısamüddətli maliyyələşdirməyə 9 milyard dollardan çox töhfə verən ABŞ öz müttəfiqlərini Ukraynanın gələcəyini təmin etmək üçün daha çox iş görməyə çağırdıqdan sonra 19,8 milyard dollarlıq maliyyə dəstəyi barədə razılığa gəlinib. Bəyanatda G7-nin üzvlərinin hər birnin ayrılıqda nə qədər töhfə verəcəyi açıqlanmayıb.

“Biz bu müharibə boyu və ondan sonrakı müddətdə Ukraynanın yanında olmağa davam edəcəyik və lazım gəldikdə daha çox şey etməyə hazırıq”, – bəyanatda qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər