“Gala Olives” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilir.
Banker.az xəbər verir ki, “Gala Olives” MMC-nin fəaliyyətinə xitam verilərək “Grand-Agro” MMC-yə qoşulduğunu və “Grand-Agro” MMC bu qoşulma nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, “Gala Olives” MMC müəssisəsində “Olives”, “Qala Olives” brendləri adı altında yüksək keyfiyyətli zeytun məhsullarının istehsalı həyata keçirilir.
Onu da qeyd edək ki, “Grand-Agro” MMC-nin əsas istiqaməti Abşeron yarımadasında zeytun və badam bağlarının salınması və idarə olunmasıdır. Zeytun bağlarında əsasən “Arbequina”, “Arbosana” və “Picual”, badam bağlarında isə “Quara”, “Belona”, “Avijor” və “Soleta” sortlarına üstünlük verilmişdir.







