9 C
Baku
Friday, December 13, 2024

“GameStop”un kapitallaşması “Reddit” istifadəçiləri sayəsində 10 milrd. dollara çatıb

“GameStop” – Amerikanın pərakəndə satış şəbəkəsidir. Burada kompüter oyunları, oyun konsolları və oyun aksessuarları satılır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, hazırda bu şəbəkənin ABŞ-da beş mindən çox mağazası fəaliyyət göstərir. 

– 1984-cü ildə təsis edilib, Dallas, Texas, ABŞ. 

– 2019-cu ildən başlayaraq baş direktor vəzifəsini Corc Şerman icra edir.  

– Qərargahı Qreypvaynda yerləşir (Texas, ABŞ). 

Məqalənin yayımlandığı zaman şəbəkənin kapitallaşması 10.32 milyard dollar (2020-ci ilin dekabr ayı ilə müqayisədə 10 dəfə çox) təşkil edir. 

Bu hadisələrdən bir il əvvəl, “The Big Short” filmi ilə tanınan məşhur amerikalı sərmayəçi Maykl Byurri, investorların səhmlərə qarşı neqativ olduğunu və qısa səhmlərin 60%-nin onları cəlbedici etdiyini görüb. 

indir 12

Məsələ burasındadır ki, qısa mövqe qiymətləri son dərəcədə dəyişkən hala gətirir, bu səbəbdən “short squeeze” adlandırılan vəziyyətə nail olmaq çox bir yaxşı xəbər kifayət edir. “Reddit” istifadəçilərinin diqqətini çəkən məhz bu olub. 

Hadisələrin inkişafı

“Short squeeze” yaratmaq üçün səhmləri almaq barədə ilk fikirlər oktyabr ayında yayılmağa başlayıb. İlk başlarda bu çağırışlar böyük sıçrayışa səbəb olmasa da, sürətlə populyarlaşmağa başladılar. 

indir 14

Yanvar ayının əvvəlində bütün icma istifadəçilər maksimum sayda səhm almaq çağırışları ilə dolub. Bu yanaşma qiymətlərin sürətlə artmasına səbəb olub və nəticədə qısa mövqelər sahibləri arasında “margin call” dalğası yaranıb. Bu, onları mövqelərini zorla bağlamağa, GME səhmlərini almağa və qiyməti qaldırmağa məcbur edib. 

Yanvarın 13-də “Reddit” bu ideyanı ana səhifəsində paylaşır və bununla da təxminən 2.2 milyon spekulyant cəlb edir. Bu, səhmlərə olan tələbi daha da yüksək səviyyəyə qaldırır. 

Bu zaman bütün maliyyə kanalları platformada xaosun yarandığını görürlər və səhmlərin düşəcəyini, bir daha böyüməyəcəyini bildirməyə başlayırlar. Nəticədə qısa mövqelərin sayı şirkətin ümumi səhmlərinin 138%-nə çatır. 

Uğura necə nail olundu

Ən təəccüblü olan, “Reddit” platformasındakı treyderlərin birliyi və təşkilatçılığı olub. Onlar tarixdə ən böyük “short squeeze” yaradıb. 

Birləşərək istifadəçilər bütün səhmləri və call-opsionları satın aldılar. Bunun üçün onlar internetdə #GMEsquad həştəqini yayaraq, digər sosial şəbəkələrdəki insanların diqqətini cəlb etdilər. 

indir 13

Nəticədə cümə günü hərracların həcmi 200 milyon qiymətli kağızı keçib. Bu o qədər çoxdur ki, birja hipervolatilniyin qarşısını almaq üçün hərracları dondurmaq qərarına gəlib. 

Beləliklə, bir-biri ilə heç bir əlaqəsi olmayan minlərlə “Reddit” treyderi qeyri-mümkün olan bir şeyi həyata keçirdilər. Cəmi 9 ayda şirkətin kapitallaşması 250 milyon dollardan 10 milyard dollara yüksəlib. 

Yüzlərlə spekulyant milyonlar qazanıb və indi  “Reddit”də bununla fəxr edir. 

“GameStop”un indiki vəziyyəti

Qısa mövqeli investorların itkiləri çox böyükdür. “S3 Partners”in məlumatına görə, 2020-ci ildə onlar ümumilikdə 968 milyon dollar itiriblər. 

Spekulyantların “döyüşü” bu gün də davam edir, lakin artıq məlumdur ki, investorlar 12 yanvar tarixli hərracda 812 milyon dollar itiriblər, 2021-ci ilin yanvarında isə ümumi itkilər 10 milyard dolları keçə bilər. 

“Reddit” hədəfini səhm başına 150 dollardan 1000 dollara yüksəldib, buna görə bunun nə qədər davam edəcəyi yalnız ehtimal edilir. 

Bir çox fondlar mövqeyini artıq bağlayıb, “Citron Research” rəhbəri Endrü Left isə iki və daha çox şəxsin iştirak etdiyi maliyyə fırıldaqçılığı ilə bağlı Qiymətli Kağızlar və Birja Komissiyasına müraciət edəcəyini açıqlayıb. 

indir 15

İstənilən investor bunun saxtakarlıq olduğunu söyləyə bilər və haqlı olacaq. Lakin SEC-in bu işdə iştirak edən on minlərlə insandan hər hansı birini mühakimə edə biləcəyi ehtimalı çox azdır. 

Zamanla “GameStop” səhmləri bu və ya digər şəkildə yenə enəcək və bu hekayə bazarın ən uğurlu spekulyasiyası kimi tarixə düşəcək.

Son xəbərlər
Digər xəbərlər