“GameStop” şirkətinin səhmləri maliyyə direktorunun dəyişməsi xəbəri fonunda 103.9% bahalaşıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Postmarketdə ticarət sessiyası bitdikdən sonra qiymətli kağızların dəyəri daha 87.5% artaraq 191.44 dollar səviyyəsinə çatıb.
CNBC-nin verdiyi məlumata görə, səhmlərdəki sıçrayış şirkətin baş maliyyə direktoru Jim Bellin martın 26-da vəzifəsindən gedəcəyi açıqlandıqdan sonra baş verib.
“Bellin istefası şirkətin fəaliyyəti, siyasəti və ya mühasibat prinsipləri ilə əlaqəli olan hər hansı bir məsələdə fikir ayrılığı səbəbindən olmayıb”, – deyə şirkətin açıqlamasında bildirilir.
Xatırladaq ki, 2021-ci ilin əvvəlində “GameStop”un səhmləri 800% bahalaşmışdır ki, bu da onlayn zoomağazalar şəbəkəsinin baş direktoru olan Rayan Koeni milyarderə çevirmişdir.