24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanın kosmetika şirkətinin kapitalı 22.26 mln. manata çatdırılıb

Azərbaycanın ilk kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 22.26 mln. manata çatdırıb.

Banker.az Turan agentliyinə istinadən xəbər verir ki, təsisçi Zərifə Həmzəyeva şirkətin kapitalına 3.5 mln. manat əlavə edib.

Zərifə Həmzəyeva Banker.az-ın 2019-cu ilin avqustunda “Azərbaycanda ən böyük bank səhmdarı olan fiziki şəxslərin” siyahısında ilk pillədə idi. Zərifə Həmzəyevanın “Premium Bank”ın səhmlərinin 84.47 faizinə sahib olmaqla 88.36 mln. manatlıq payı vardır.

O, sonradan yenilənmiş sıralamaya görə fiziki şəxs kimi, “Unibank”ın əsas səhmdarı Eldar Qəribovdan sonra ikinci ən böyük fiziki şəxs olan bank səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər