“Gazelli Group” MMC-yə yaxın yeni “Gazelli Art House Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Banker.az xəbər verir ki, şirkət Şəhəri Səbail Rayonu, Müslüm Maqomayev, ev 23,27,25, m. 1A-da dövlət qeydiyyatına alınıb.
Onun nizamnamə kapitalı 100 000 manat olacaq. Direktor isə Nigar Əliyeva Akif qızıdır.
Şirkətin rəsmi səhifəsindəki məlumata görə, əsası Mila Əsgərova tərəfindən qoyulub.
“Gazelli Group” şirkət 1999-cu ildə Zərifə Həmzəyeva tərəfindən təsis edilib və o həmçinin şirkətin prezidentidir.
Zərifə Həmzəyeva Banker.az-ın “Ən böyük bank səhmdarı” siyahısında ikinci sırada qərarlaşır. O, “Premium Bank” ASC-nin əsas səhmdarıdır.