15 C
Baku
Saturday, May 4, 2024

Gecikdirilən kreditlərin həcminin proqnozu ( 2010 – 2015)

Müəllif: Samir Mastaliyev, Baş redaktor

Azərbaycanda banklar və BOKT-lar tərəfindən kredit buraxılışları ildən ilə artmaq üzrədir. Bu, bir tərəfdən iqtisadiyyatın inkişafı ilə əlaqədar olması ilə yanaşı eləcədə gecikmədə olan kreditlərində artımına səbəb olmuşdur. Hazırda bazar üzrə gecikdirilmiş kreditlərin portfelə olan nisbəti təxminən 6.5% təşkil edir – bu isə o deməkdir ki, hər 15 nəfər kredit götürəndən biri gecikmə yaradır. Dünya praktikasında 5-7% normal rəqəm sayılsa da Azərbaycan bank sistemi hələ ki güclü kreditləşmə prosesinə indilərdə qədəm qoyur- bu isə o deməkdir ki gecikmələrin sürətli artımı dövrü hələ ki qabaqdadır.

Güclü kreditləşmə prosesi dedikdə biz əsasən rəqabətin artdığı üçün banklar daha çox bazar payı tutmaq və eyni zamanda daha çox gəlir əldə etmək üçün bazara yüksək riskli məhsulların buraxılışını nəzərdə tuturuq. Bu dövrün ilk qaranquşları artıq görsənməkdədir –ilk addımlar artıq Unibank, BankofBaku və s. Tərəfindən atılmışdır. Buna misal olaraq son dövrlərdə yüksək riskli məhsulların pilot layihə şəkilində bazara buraxılmasını göstərmək olar ( zaminsiz, girovsuz kreditlər nəzərdə tutulur). Təhlilimizə giriş almazdan öncə sizləri hazırda bazarda olan vəziyyətlə tanış etmək istərdim.

Dianf1

Azərbaycanda yaxın illərdə gecikmələrin hazırkı tempindən daha sürətlə artmasına təsir edəcək amillər aşağıdakılardır

1. Rəqabət amili – neçə illər idi Azərbaycan kredit bazarında bütün banklara yer var idi. Hazırda vəziyyət nisbətən dəyişib, bankların bəziləri daha çox mənfəət əldə etmək istəyir, bazarda müştəri tapmaq problemi bəzi bankları daha riskli məhsullar buraxmaqla müştərini cəlb etməkdə çıxış yolunu görürlər. Bu strategiyanın üstün cəhəti əsasən inkişaf sürətidir – yəni bank kifayət qədər çox kredit verir, daha çox qazanır və yaranmış gecikmələri də ya silir, ya da verilmiş kreditin portfelinin həcmi artdıqca gecikmələrin faizi azalır (süni şəkildə). İlk baxışda normal görünən strategiyanın yeganə mənfi cəhəti bu zəncirin nə vaxtsa qırılmasıdır – bank həmişə bu sürət ilə inkişaf edə bilməz. Sürət azaldığı anda artıq problemlər daha ciddi forma alacaq və banklar kifayət qədər zərər verə bilər;

2. Psixoloji faktor – məlumdur ki, az kredit götürmüş insan kredit ödənişinə qarşı daha məsuliyyətli olur. Bu fərqi görmək üçün Bakı və regionların portfellərinə baxmaq kifayət edir. Şəhər adamı kreditə o qədərdə ciddi yanaşmır (böyük bir qismi), kənddə yaşayanlar isə bu prosesdən loru dildə desək qorxur və çalışır ki, problem yaşanmasın.

3. Kredit “partlayışı” – Azərbaycanı yaxın illərdə kredit partlayışı gözləyir. Bu mərhələni qərb ölkələri artıq çoxdan keçiblər. Bizə yaxın bazarlardan olan Rusiya bazar bu prosesə artıq başlamaq üzrədir. Gec tez, bu bizdə də baş verəcək. Kredit partlayışı dedikdə biz əsasən insanların kreditləri rahat şəkildə – heç bir zəmanət paketi olmadan götürməsini nəzərdə tutur. Bu müştərilər üçün yaxşı müjdə olsa da, banklar üçün kifayət qədər gecikmələrin artımı ilə müşahidə olunacaq.

Təhlilimizin son mərhələsi olaraq istərdim 2010 ildən bu yana başlayan gecikmə trendinə əsasən 2015 ilə qədər reqressiya modelindən istifadə etməklə proqnoz verək.

Dianf2

Qeyd edək ki proqnozun nəticəsi olaraq 2015 ilin Yanvar ayına Azərbaycan banklarının kredit porefeli 13475 milyon manat, gecikmənin həcmi isə 1126 milyon olacağı gözlənir. Bu isə öz növbəsində 8.35% kreditlərin gecikmədə olması deməkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər