17 C
Baku
Sunday, May 26, 2024

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin ilk 3 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 35.4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən verilən xəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 81 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.

Cari ilin yanvar-mart aylarında 26 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər