17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

General-leytenant Etibar Mirzəyev Türkiyəyə getdi

Screen Shot 2021 09 02 at 14.34.20

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti yanğınlarla bağlı Türkiyəyə gedib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər