7 C
Baku
Sunday, December 15, 2024

“General Motors” 6 mlrd. dollarlıq səhmlərini geri alır

Amerika avtomobil istehsalçısının press-relizində deyilir ki, “General Motors”un direktorlar şurası şirkətin səhmlərinin 6 milyard dollara qədər geri alınması proqramını təsdiqləyib.

GM keçən ilin noyabrında da 10 milyard dollarlıq alış elan edib. Bundan əlavə, əvvəllər elan edilmiş səhmlərin geri alınması proqramının bir hissəsi kimi 1.4 milyard dollar istifadə olunmamış qalıb.

Hesabatda qeyd olunur ki, 2024-cü ilin birinci rübündə şirkət 300 milyon dollarlıq qiymətli kağız alıb və qalan 1.1 milyard dolları ikinci rübün sonuna qədər istifadə etməyi planlaşdırır.

Bundan əlavə, GM rüblük dividendlərini üçdə bir artıraraq, hər səhmə görə 9 sentdən 12 sentə yüksəlib.

Nəticədə şirkət indi 2024-cü ilin birinci yarısında səhmdarlara 1.7 milyard dollar qaytarmaq niyyətindədir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə ödənişlər 11.6 milyard dollar, 2022-ci ildə 2.8 milyard dollar olub.

Avtomobil istehsalçısının səhmləri çərşənbə axşamı ticarətdə 1.4% bahalaşıb. Son 12 ayda GM-in bazar dəyəri 28.5% (54.3 milyard dollara qədər), S&P 500 fond indeksi isə 22.2% artıb.

Son xəbərlər
Digər xəbərlər