“General Motors” (GM) iki il ərzində ABŞ-dəkı zavodlarının gücünü artırmaq üçün 4 milyard dollar xərcləyəcək. “Bloomberg” xəbər verir ki, investisiya şirkətə məşhur benzin avtomobil modellərinin istehsalını artırmağa və Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərə uyğunlaşmağa kömək edəcək.
GM çərşənbə axşamı bildirib ki, hazır avtomobillərin istehsalı Miçiqan, Kanzas və Tennessidəki zavodlarda artacaq. Şirkət sözçüsü bildirib ki, əsas modellərin istehsalı – yüksək gəlirli “Chevrolet Silverado” və “GMC Sierra” pikapları Meksikadan ABŞ-yə köçürüləcək və 3000-dən 4000-ə qədər iş yeri yaradacaq.
Planlarla tanış olan mənbə bildirib ki, birgə investisiya GM-ə ABŞ-də ildə 2 milyondan çox avtomobil istehsal etməyə və Meksika zavodlarından asılılığını azaltmağa imkan verəcək. Təsirə məruz qalan modellərin Meksikada istehsalı davam edəcək, lakin daha kiçik həcmdə.