13 C
Baku
Friday, November 22, 2024

“General Motors” yeni subbrend yaradır

Amerikanın “General Motors” avtomobil konserni “Corvette”ni real subbrendə çevirməyi və onun adı altında üç elektromobil buraxmağı planlaşdırır. Onlar arasında ikinəfərlik “Corvette EV”, dördqapılı kupe və idman krossoveri var.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İlk olaraq 2025-ci ilədək “Corvette EV” işıq üzü görəcək, daha sonra dördqapılı kupe və krossover bazara çıxacaq. Yeni modellərin texniki xüsusiyyətləri, tam adları hələ də açıqlanmayıb. Güman etmək olar ki, gələcək “GM Ultium” əsaslı “Corvette” avtomobilləri yüksək dövrəli elektrik mühərrikləri, 350 kVt-a qədər doldurma gücünü təmin edən 800 voltluq arxitektura, ikipilləli transmissiya və elektron əyləclə təchiz olunacaq.

Qeyd edək ki, daha əvvəl “Chevrolet Corvette” avtomobili Amerika bazarında ən etibarlı model kimi seçilib.

Son xəbərlər
Digər xəbərlər