8 C
Baku
Monday, November 18, 2024

“Geoengineering” ASC-nin mənfəəti ötən il azalıb

Geoengineering ASC 2023-cü ili 684 357 manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövrünə ASC-nin mənfəəti 791 297 manat olub  ki, bu da illik müqayisədə mənfəətin 13.5% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Geoengineering ASC-nin cəmi aktivləri 8 milyon 877 min manatdan 11 milyon 833 min manata, cəmi öhdəlikləri isə 5 milyon 538 min manatdan 7 milyon 553 min manata çatıb.

Xatırladaq ki, cəmiyyət Azərbaycanda və Xəzər dənizi regionunda mühəndis-geologiya tədqiqatları, dağ-mədən qazma və dəniz işləri sektorunda fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər