20 C
Baku
Tuesday, April 30, 2024

George Clooney öz tekila brendini $1 milyarda satır

Banker.az xəbər verir ki, Britaniyanın premium-klass spirtli içki istehsalçısı Diageo şirkəti amerikalı aktyor George Clooneydən Casamigos tekila brendini 1 milyard dollar qarşılığında alır.

Müqavilənin şərtlərinə görə, Diageo şirkəti 700 milyon dolları müqavilə bağlandıqdan dərhal sonra, geri qalan 300 milyon dolları isə 10 il ərzində ödəyəcək. Bununla belə, Clooney və onun partnyorları Casamigos direktorlar şurasında qalacaqlar. Diageo aktyordan alkoqol brendinin reklamı üçün istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Clooney Casamigos brendini 2013-cü ildə Cindy Crawford, Rande Gerber və biznesmen Mike Meldman ilə birlikdə yaradıb. 2016-cı ildə artıq varlı amerikalılar Casamigos brendi altında olan 120 000 şüşə tekila almışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər