Artıq istifadəsi rahat olan mobil tətbiq bank üçün üstünlük deyil, gündəmdə olan məsələ isə bazarda sağ qalmaqdır. İndi böyük kreditorlar yalnız bir-biri ilə deyil, müştərilərin cəlb edilməsinə daha az pul xərcləyən fintex startapları ilə də rəqabət aparmalı olurlar. Koronavirus pandemiyası bank sənayesi üçün geri dönüşün olmadığını bir daha sübut etdi.
2020-ci ilin əvvəlində 2,2 trilyon dollar dəyərində qiymətləndirilən Citigroup maliyyə qrupu, ən iddialı layihələrini İT şirkətləri (onlayn-xidmətlər, sosial şəbəkələr və elektron ticarət platformaları) ilə əlaqələndirdi.
Məsələn, Çində müştəri ödənişlərinin təxminən 70%-i Alipay vasitəsilə həyata keçirilir. Citigroup-un onlayn ödəmələri isə LINE və WeChat kimi populyar messencerlərdə reallaşdırılır. Bu yaxınlarda bank Hindistanda Paytm fintex-startapı ilə birlikdə kredit kartları buraxmağa başladı.
İT şirkətləri ilə bu kimi əməkdaşlıqlar, bank sənayesinin iri oyunçuları üçün yeni reallığın bir hissəsidir. İnnovativ və rahat onlayn-bankinq texnologiyaları ilk növbədə biznesdə aparıcı rol oynayır. İndi müştərilər smartfonlarda səs verirlər – onlar maliyyələrini mobil telefon və kompüterlə idarə etmək istəyirlər.
Bu istəklər dünya ölkələrini virusun yayılmasının qarşısını almaq üçün karantin vəziyyətinə gətirən koronavirus pandemiyası kontekstində heç vaxt bu qədər əhəmiyyətli olmayıb. Bank filiallarına gələ bilməyən müştərilər ödəniş etmək üçün mobil tətbiqetmələrə və onlayn xidmətlərə müraciət etdilər. Citigroup qeyd edir ki, may ayında ABŞ-da mobil cihaz vasitəsilə gündəlik artırılmaların sayı 84%, Apple Pay-dan istifadə isə on dəfə artıb.
“Pandemiyaya görə bank sənayesi kökündən dəyişdi və bunun geri dönüşü yoxdur. Onlayn rejimə keçid daha da sürətləndir, – deyə Citigroup-un prezidenti və pərakəndə bankın icraçı direktoru Ceyn Freyzer söyləyir. – Biz gələcəyin modelinə əməl etdiyimizi hesab edirik: fiziki şöbələrin sayı azalır”.
Citi-nin onlayn mühitə bu qədər üstünlük verməsi, Forbes-un dünyanın ən yaxşı bankları reytinqinə təsir göstərdi. Qeyd edək ki, Citi 23 ölkə arasında ən yüksək qiymət alan banklar sırasına daxil olub (o, bu ölkələrin 19-da pərakəndə fəaliyyət göstərir).
Forbes Statista marketinq şirkəti ilə birlikdə 23 ölkədə müştərilərin rəyi əsasında ən yaxşı bankların reytinqini hazırladı. Bunun üçün Statista dünyanın müxtəlif ölkələrində yaşayan 40 mindən çox insan arasında onların istifadə etdikləri banklar haqqında sorğu aparıb. Banklar müştərilərin məmnuniyyəti və istifadə etdikləri bu və ya digər bank məhsulunu tövsiyə edib-etməmələri əsasında müqayisə edilib. Toplanmış məlumatlar əsasında hər ölkədən 5-dən 75-dək bank seçilib.
2008-ci il maliyyə böhranı oyunçuların konsolidasiyası və aşağı faiz dərəcəsi erasının başlanğıcı olmaqla yanaşı, smartfonların kütləvi yayılması və onlayn bankçılığa keçid ilə üst-üstə düşdü. Nəticədə, ilk növbədə müştərilərlə onlayn ünsiyyətə yönəlmiş banklar meydana çıxdı. Onlar dünyanın ən böyük banklarına meydan oxudular və rahat mobil bankçılığı bazarda sağ qalmaq üçün əsas şərtə çevirdilər.
Baş ofisi Amsterdamda yerləşən ING Bank, səkkiz ölkədə yüksək qiymətləndirilib və müştərilərin sayı baxımdan reytinqin lideri olub. Qeyd edək ki, ING Bank 19-cu əsrin ortalarından bəri fəaliyyət göstərir, lakin bu, onun bank texnologiyasında qabaqcıl olmasına mane olmadı: hələ 1997-ci ildə bu bank onlayn ING Direct yaratmışdır. Bank Hollandiya və Polşada yüzlərlə filiala rəhbərlik etsə də, ilk beşliyə daxil olduğu ölkələrdə (Avstraliya, Almaniya və İspaniya) yalnız onlayn-bank olaraq fəaliyyət göstərir.
ING ildə təxminən 4,5 milyard rəqəmsal əməliyyat emal edir və gələcəkdə dünyada və gələcəkdə bütün dünya üzrə xidmət göstərməyi planlaşdırır, deyə bankın perspektivli və sürətlə böyüyən bazarlarının rəhbəri Aris Boqdaneris söyləyir.
“İT nəhəngləri və onların müştərilər üçün cəlbediciliyi bizi ilhamlandırır. Biz daha çox ənənəvi banklara deyil, Uber kimi platformalara üz tuturuq”, – Boqdaneris bildirir. Hazırda onlayn-bankçılıq sahəsindəki trendləri koronavirus müəyyən edir və Boqdanerisin sözlərinə görə, ING rəqəmsal mühitə keçidi sürətləndirməyi planlaşdırır. “Biz koronavirusun yayılması ilə əlaqədar olaraq, bütün ofislərimizi bağlamışıq və böhran bitəndən sonra belə bir sual ortaya çıxacaq: onlara ehtiyac varmı?”, – bankir söyləyir.
Yüksək qiymətləndirilən banklar sırasına həmçinin HSBC, Santander (hər biri altı ölkədə) və N26 onlayn-bankı daxildirlər. Xatırladaq ki, N26 2013-cü ildə qurulub və hazırda 3,5 milyard dollar qiymətləndirilmə ilə 270 milyon dollar cəlb edib.
Gənc Nubank onlayn bankı Braziliyada liderlik etməklə yanaşı, reytinqimizə daxil olan ənənəvi bankların bir çoxunu qabaqladı. “İnternet və smartfonların yayılması bizim üçün fürsət pəncərəsi yaratdı, – şirkətin təsisçisi və icraçı direktoru Devid Velez söyləyir. – Hələ startap olduğumuz müddətdə belə böyük banklarla əlaqə qura bilirdik. Məlum oldu ki, ofislərə və IBM serverlərinə milyardlarla dollar xərcləməyə ehtiyac yoxdur. Belə ki, müştəriləri İnternet vasitəsilə də cəlb etmək mümkündür”.
Qeyd edək ki, Nubank əsasən Cənubi Amerikada fəaliyyət göstərir və rəqiblərinə əhəmiyyətli artım nümayiş etdirir. 2019-cu ildən bəri onun müştərilərinin sayı 6 milyon nəfərdən 20 milyon nəfərədək artıb. İnvestorlar bu bankı 10 milyard dollar dəyərində qiymətləndirirlər.
Bankirlərin fikrincə, gələcəyi onlayn banklar idarə edəcək. Bir çoxları buna şübhə edir və düşünür ki, yaxşı nəsil heç vaxt ənənəvi banklardan imtina edə bilməyəcək. Onlar üçün qısa statistik məlumat təqdim edirik: son 30 gün ərzində Nubank-ın 90 yaşdan yuxarı müştərilərinin sayı 300 nəfər artıb.
Rəqəmsal banklar ABŞ-da yüksək qiymət alırlar. Yalnız onlayn rejimdə işləyən Discover və Capital One 23 və 30-cu, neobank Chime isə 36-cı yer alıb – hər üçü JPMorgan Chase (№36) və Citigroup (№71) kimi nəhəngləri qabaqlayıblar. “Böyük dördlüyün” digər kreditorları, Bank of America və Wells Fargo ilk 75-liyə daxil olmayıblar. ABŞ üzrə birinci yeri 14 milyondan çox hərbi qulluqçuya xidmət göstərən USAA bankı tutub.