Dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq.
Bunu Report agentliyinə açıqlamasında Danimarkanın internet bankçılıq xidmətləri göstərən “Saxo Bank”ın analitikləri bildiriblər.
Eləcə də bax: Proqnoz: ABŞ dollarını ciddi möhkəmlənmə gözləyir
Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur: “Lakin əgər Azərbaycan 2018-ci ildə məzənnə siyasətini köklü şəkildə dəyişməsə, dolların məzənnəsini idarə etmək çətinləşəcək”.
Qeyd edək ki, bir müddət əvvəl Çinin “Geely Holding Group” Şirkətlər Qrupu “Saxo Bank”ın səhmlərinin 51,5%-ni 800 mln. dollardan baha qiymətə almaq istədiyini bildirib.