9 C
Baku
Thursday, December 12, 2024

“Gett” taksi xidməti 115 mln. dollar investisiya cəlb edib

“Gett” taksi xidməti son maliyyə raundunda 115 milyon dollar investisiya cəlb edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xidmət iyul ayında investorlardan aldığı 100 milyon dollara əlavə 15 milyon dollar qazanıb.

15 milyon dollarlıq raundda investor qismində “Pelham Capital Investments” çıxış edib. Toplanan vəsait korporativ “SaaS” platformasının inkişaf etdirmək və şirkətin beynəlxalq səviyyədə genişlənməsinin sürətləndirmək üçün istifadə ediləcək.

Qeyd edək ki, qurulduğu 2010-cu ildən bəri “Gett” xidməti “Volkswagen”, “Access” və onun qurucusu Leonar Blavatnik, Kreos, MCI və digər investorlardan 913 milyon dollar sərmayə cəlb edib.

2019-cu ilin may ayında şirkət 1.5 milyard dollar qiymətləndirmə ilə 200 milyon dollar cəlb etmişdi. Həmin ildə baş direktor Deyv Vayser bunun IPO-dan əvvəl sonuncu maliyyə raundu olduğunu söyləmişdir.

Son xəbərlər
Digər xəbərlər