19 C
Baku
Thursday, April 25, 2024

Geyimə görə qarşılayırlar: Futbol geyimlərinin inkişafı

Oyun formasi-müasir futbolun əsas xüsusiyyətlərindən biridir. Uzun müddətdir ki, yalnız idman geyimi kimi xidməti dayandıraraq,azarkeşlərin bir klub haqqında olan təəssüratlarinı ifadə etməyə imkan verir. Futbol atributlarinı indi gündəlik həyatda geyinməkdən çəkinmirlər,klub mağazaları isə cox qazanmaq üçün öz rəmzləri ilə daha çox müxtəlif məhsullar yaradır.

Lakin,forma həmişə hər şeydən əsas idi. 1863-cü ildə İngiltərədə yaranan futbolun ilk oyun qaydalarında,oyunçuların dörd məcburi elementdən ibarət avadanlıqları üçün tələbləri artiq təsdiqlənmişdi. <<4 plyus>> dəstinə şalvar,qetri,və köynək daxil idi. Qeyd etmək lazımdır ki,başlıqda vacib atribut idi-əksər hallarda onun rolunu bir silindr yerinə yetirilmişdir. Ümumiyyətlə,oyunçular müasir idmançılardan tamami ilə ferqlənirdi-hətda bir şərfə belə icazə verilirdi. İlk qapıçı əlcəyi 1885-ci ildə istehsal patentini öz üzərinə götürən William Sykes sayəsində ortaya çıxıb. Lakin, geniş yayılmasını onlar müharibədən sonrakı düvrlərdə əldə edib.

240517 HISTORY 1692 400x1350 LANDMARKS1939-cu ildən etibarən oyunçuların köynəklərində uzun müddət lazim olmayan nömrələr görünməyə başladı. Ilk dəfə 1960-cı ildə Şotlandiyadan <<Seltik>>, rəqəmləri şortların üzərinə əlavə etməyi qərara alib, bu vaxta qədər onlar yalniz köynəklərin üzərində istifadə olunub.

Müharibədən sonrakı dövrlərdə oyunun populyarlığı artib,bazarlarda peşəkar istehsalçıların idman ayaqqabılari və paltarları görünməyə başlayib.Onların siyahısına Adolf və Rudolf Dassler tərəfindən təsis edilmiş iki alman şirkəti- Adidas və Puma rəhbərlik edirdi. Əvvəlcə qardaşlar birgə ailə biznesini yönəldirdilər,lakin 1948-ci ildə aralarinda baş verən münaqişədən sonra ayrı-ayrılıqda öz şirkətlərinin inkişafı ilə məşğul olublar.1954-cü ildə məhz Adidas Almaniya yığmasini ayaqqabı və avadanlıqla təmin edilməsində raziliq əldə edib,bu onların texniki sponsorlugun inkişafı üçün katalizator olmuşdur.

 

Eyni zamanda komandaların dəstəyi ilə fərdi idmançıların sponsorluğuda inkişaf etmişdir. Öz mövqeylərini qorumaq üçün Dassler qardaşları Pele paktı adlanan sözləşmə imzaladılar,onun mahiyyəti,heç bir şirkətin futbol kralı ilə müqavilə bağlıya bilməməsində idi.Ancaq qadağalar digər oyunçular üçün tətbiq edilmədi.Pumanin digər brazilyalı futbolçularla danşıqıqlar apardığını öyrənən Pele cox qəzəbləndi,şirkətin nümayəndələri bu müqaviləni pozmaq məcburiyyətində qaldılar. Daha sonar onlar meydana çıxmaq üçün 14-cü nömrəni tələb edən,futbol tarixinin ilk ulduz oyunçusu Yohan Kruyf ilə müqavilə imzaladılar. Daha əvvəl isə hər kəs yalnız 1dən 11ə kimi nömrə götürə bilərdilər.

Bir qədər sonra,artıq 80-ci illərdə nömrələr xüsusi futbolçulara təyin edilib və kürəklərində soyadları yazılmağa başlanıb. Eyni zamanda futbol formaları daha təkmilləşdirilmişdir:materialları daha yüngül və stil daha sıx idi.

Həm də maraqlı anlar müsahidə olunurdu. Belə ki, 2002-ci ildə Kamerun milli komandası qolsuz köynəklərlə meydana çıxdı – FİFA sonra belə formaların qəbuledilməz olduğunu elan etdi. Ayrıca şort və köynəkləri kombinizonda birləşdirmək kimi uğursuz cəhdlər də olmuşdu.Image result for camerun 2002 football kit

Status məcburiyyət yaradır: texniki və baş sponsorlar

Sponsorluq baş və texniki olaraq bölünür. İkincisi, istehsalçı rəsmi müqaviləyə əsasən klubu  və ya milli federasiyanı müəyyən məbləğ ödəməlklə «geyindirir». Baş sponsorluğun mənası maliyyə dəstəyinin əvəzinə oyun T-shirtlərinin ön hissəsində logo və məlumatlarını  yerləşdirməkdir. Baş sponsorluq üzrə ilk böyük əməliyyat 1973-cü ildə keçirilmişdir: Alman «Eintracht» spirtli içkilərinin istehsalçısı «Yaqermeyster» ilə razılığa gelmişdi.

Məşhur içki simvolu – maral buynuzu- komandanın oyun köynəklərinin üzərində çıxmağa başlamışdır. 1979-cu ildə «Liverpul» Yapon istehsalçılarına 100000 funt sterlinqə başa gəlmiş Hitachi ilə iki illik müqavilə imzalayıb. O zamandan etibarən baş sponsorluq inkişaf etdirildi, bunun üçün qiymətlər daim artıb və klublar aktiv olaraq bazarlıq etməyə başlamışdırlar, həmçinin zəruri hallarda sponsorları dəyişirlər.

Ən uzun müqavilə, 1982-ci ildən 2016-cı ilə qədər davam edən Hollandiyalı PSV və Phillips əməkdaşlıq sayılır. Bu günə qədər sponsorluq üçün əməliyyatların miqdarı illik onlarla milyona çatır. Ən böyük madrid müqaviləsi – Real Madrid və Fly Emirates müqaviləsidir: hava yolu şirkəti kluba illik 83 milyon avro ödəyir.Image result for real madrid

Baş sponsorluqdan və texniki sponsorluqdan başqa formadan pul qazanmaq üçün başqa imkanlar da var. Beləliklə, ötən ildən etibarən İngiltərə Premyer Liqasının klubları əvvəllər qadağan edilmiş formanın qolları üzərində reklam yerləşdirmək hüququna malikdirlər və dərhal bundan istifadə edərək,büdcələrini artırdılar. Standart sponsorlara əlavə olaraq, çox qeyri-adi sponsorlar yarandı: “Everton” Angry Birds-in oyununu elan edib, “Manchester City” isə online-tanışlıq  tətbiqi Tinderi köynəklərin qollarında reklam edib.

Dünya futbolunda ən böyük 7 baş sponsor

7-ci yer «Tottenham Hotspur» ildə  40 milyon dollar

6-cı yer «Mancester Siti» ildə 40 milyon dollar

5-ci yer «Arsenal Fly Emirates» ildə 56 milyon dollar

4-cü yer «Barselona Rakuten» ildə 58 milyon dollar

3-cü yer «Celsi Yokohama» ildə 60 milyon dollar

2-ci yer «Mancestr Yunayted Chevrolet» ildə 80 milyon dollar

1-ci yer «Real Fly Emirates» ildə 83 milyon dollar

Yeganə oyunla deyil: Atributika və suvenirlər işdə

Klubların köynəklərin satışından çoxlu pul qazanmaqları və beləliklə oyunçu köçürmələri üçün böyük xərcləri ödədikləri tamamiylə yayılmış bir mifdr. Əslində, hər bir köynək satıldığında, onlar 10-15% -dən çox olmamaqla qazanc əldə edirlər, qalanları isə istehsalçıya verilir. Brendlər, sonradan atributikanın satışından qazanmaq imkanını əldə etmək üçün  üçün ödəyirlər, klublar isə öz növbəsində, yalnız kiçik bir faiz alırlar.

Lakin istisnalar mümkündür. Beləliklə, Adidasın bir hissəsinə sahib olan Münhen “Bavariya”, köynəklərin satışından  daha böyük bir hissə ala bilər. Bu halda, bir qayda olaraq, klubun payı satılan köynəklərin sayından asılıdır.

Əlbəttə, saxta malların çoxu əsas məhsulların satışını azaldır. Buna baxmayaraq, klublar hələ də ticarətdə böyük miqdarda pul qazanırlar. Ən yüksək göstərici “Mançester Yunayted” indi. British Grand, il ərzində dünyada təxminən 3 milyon köynək satır. İngilis Premier Liqasının orta klubları  5 milyon funta kimi , liderləri isə 10 milyona kimi qazana bilirlər.

Standart mallardan başqa, klublar azarkeşləri orijinal mallarla  təəccübləndirməyə çalışırlar. Məsələn, çətin maliyyə vəziyyətini düzəltməyə çalışan İtalyan “Fiorentina”, futbol meydançasından, soyunma otağından və hətda tribunadan hava ilə dolu bankaları sataraq  pul qazanmağa çalışırdılar. Fikir sıçrayışa səbəb olmadı, amma komandaya əlavə diqqət çəkdi.

Belə hərəkətlərin bir nümunəsidə, azarkeşlərin nostalji duyğularından pul qazanmaq cəhdidir. Stadionda klubun kreslolarının yenilənməsindən sonra, azərkeşlərin yaddaşında isti xatirələr yaratmaq üçün  “Liverpul” fərdi köhnə taxta oturacaqları satmaq qərarına gəldi. Beləliklə, bütün 6000 dəst satıldı.

Əlavə qazanc üçün nəzərdə tutulan səhmlərin və xidmətlərin digər nümunələridə var. Beləliklə, zəngin tarixi və adları olan ən yaxşı klublar, öz növbəsində, öz muzeylərinə malikdirlər. Məsələn, FC Barselona muzeyi Kataloniyada gedilən  ən populyar muzeydir. Biletin qiyməti 25-35 avro olan muzeydən hər il 1,5 milyon fanat tərəfindən ziyarət edilir.

İngiltərədə klublar uşaqlardan və onların valideynlərindən pul qazanmaqdan utanmırlar. Böyük bir populyarlıq bu sahədə komanda oyunçuları tərəfindən uşaqların çıxarılması xidmətidir. Ancaq bu yalnız bununla məhdudlaşmır: uşaqlar hədiyyə olaraq forma alırlar, onlar stadiona və dəyişən otaqlara doğru yola yönəldilir və nəticə etibarı ilə sahədə oyunçularla birlikdə çıxırlar. Xidmətin qiyməti,dil dişləməlidir: klubdan və qarşıdakı matçın vəziyyətindən asılı olaraq, uşaqın belə bir gəlişi valideynlərə 200-600 funta qədər qazandıra bilər.

Dünyada ən çox satış forması olan klublar

7-ci yer «Yuventus» 850 000 komplekt

6-cı yer «Arsenal» 1 225 000 komplekt

5-ci yer «Bavariya» 1 500 000 komplekt

4-cü yer «Celsi» 1 650 000 konmplekt

3-cü yer «Barselona» 1 980 000 komplekt

2-ci yer «Real» 2 290 000 komplekt

1-ci yer «Mancester Yunayted» 2 850 000 komplekt

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər