5 C
Baku
Friday, March 29, 2024

“Gilan Holding” “Qəbələ” klubunun əsas sponsorluğundan çıxıb

“Qəbələ” İdman Klubunun yeni sponsoru müəyyənləşib.

Bundan sonra əyalət təmsilçisini “Jalə” Şirələri maliyyələşdirəcək, bunu Report agentliyi bildirir.

Daha öncə klubu əsas sponsoru “Gilan Holdinq” idi.

Qeyd edək ki, “Qəbələ” İdman Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib.

Son xəbərlər
Digər xəbərlər