25 C
Baku
Saturday, July 27, 2024

“Gilan Holdinq”ə yaxın yeni şirkət təsis edilib

Azərbaycanın iri holdinqi olan “Gilan Holding” MMC-yə yaxın olan şirkət təsis edilib.

Banker.az bildirir ki, bu “FK İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Şirkət cari ilin 23 fevralında qeydiyyatdan “Gilan Holding” ilə eyni ünvanda (Capital Towers-də), yəni, Bakı ş. Yasamal r-u, Nəriman Nərimanov pr. ev.206, məh. 466-da dövlət qeydiyyatına alınıb.

Şirkəti “Gilan Holding”in direktoru olduğu Cəmil T. Muradov  təmsil edəcək.

Təsis edilmiş şirkətin nizamnamə kapitalı 100 Azərbaycan manatı göstərilir.

Bildirək ki, C.T.Muradovun həmçinin “Gilan & PİD” MMC adlı şirkətin də qanuni təmsilçisidir.

Son xəbərlər
Digər xəbərlər