22 C
Baku
Friday, April 19, 2024

“Gilan Holdinq”in turizm şirkəti bağlanıb

“Gilan Holding”ə məxsus şirkətlərdən biri olan “Gilan Turizm” bağlanıb.

Banker.az bildirir ki, mənbənin* əldə etdiyi məlumata görə, şirkət artıq fəaliyyət göstərmir.

Belə ki, bir müddətdir şirkətlə əlaqə saxlamaq istəyən müştərilər cavab ala bilmədiklərini və şirkətin əlaqə nömrəsinə zəng çatmadığını bildirirdilər. Tərəfimizdən “Gilan Turizm” ilə əlaqə saxladıqda məlum oldu ki, şirkət artıq bir aydır ki, fəaliyyətini dayandırıb.

Qeyd edək ki, “Gilan Turizm” 2005-ci ildən bütün dünyada biletlərin bronlanması və satışı, Azərbaycan və dünya üzrə bütün növ turların, həm fərdi, həm qrup şəklində, təşkili, görüş və yola salmalar, bütün istiqamətlərdə aviabiletlər, bütün dünya üzrə otellərin bronlanması, ekskursiyalar, viza dəstəyi, nəqliyyat xidmətləri, kruizlər, sığorta, tədbirlərinin təşkili xidmətini göstərirdi.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər