“Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC barəsində cərimə protokolu tərtib edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İş Bakı Şəhəri Qəbələ Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Abbas Əliyevdir.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 493 020 manatdır və qanuni təmsilçisi Anar İsmayılovdur.