5 C
Baku
Saturday, December 14, 2024

Gizli fiqurlar: Niyə “Tesla”nın beş qurucusundan yalnız iksi varlanıb?

Bəlkə bilmirdiniz, amma əslində Tesla-nın beş qurucusu var. Onlardan biri dünyanın ən varlı adamı oldu. Digəri də, çox güman ki, milyarderə çevrildi. Bəs qalanlara nə oldu və niyə onlar avtomobil sənayesindəki inqilabdan heç nə qazanmadı?

2006-ci ilin iyulunda Tesla 100 min dollara mütəxəssislərinin əksəriyyətinin şübhə ilə yanaşdığı iki nəfərlik elektromobilin prototipini təqdim etdi. Şirkətin impulsiv, lakin təcrübəli CEO-su Martin Eberhard “Silikon Vadisi” dahilərinin Detroyt avtomobil istehsalçılarına cəlbedici avtomobillər yaratmağı öyrədəcəyini dedi. Tesla-nın ilk layihəsi dəyişdirilmiş Lotus Elise şassisi və yeddi min kiçik litium-ion oyuğu olan bir avtomobil oldu. Eberhardın təsvir etdiyi görüntü əslində sonradan həyata keçdi, amma o bunu görə bilmədi.

Bu payız Tesla bazar dəyəri 1 trilyon dollardan çox olan ilk avtomobil şirkəti oldu. Lakin 15 il əvvəl startapı jurnalistlərə təqdim edən Eberhard markanın simvoluna çevrilmədi. Və əlbəttə ki, o, tarixin ən varlı adamı olmadı. Bu rol, bildiyimiz kimi, Tesla-nın ilk investoru və hazırkı CEO-su İlon Maska keçdi. Mask həm də 2006-cı ildə Tesla-nın həmin təqdimatında iştirak etdi, lakin gözəçarpan deyildi, əsasən benzinlə işləyən avtomobillərdən mümkün qədər tez qurtulmağın vacibliyindən danışırdı.

Tesla-nın ilk səhmdarları 2003-cü ildə şirkətə ixtiraçı Nikola Teslanın adını vermək ideyası ilə çıxış edən Eberhard və Mark Tarpenninq idi. Onlar startapa sahib olduqlarını iddia edən ilk şəxslər oldu. Lakin nə Eberhard, nə də Tarpenninq milyarder olmaq üçün kifayət qədər Tesla səhmi almadı. Buna baxmayaraq, Eberhard və Tarpenninqin xəyallarını məhz Maskın sərmayəsi gerçəkləşdirdi.

Nəhayət, bu, həm də Maskın Tesla üzərində tam nəzarəti ələ keçirməsinə yol açdı, sahibkar 2010-cu ildə IPO-ya qədər şirkətdəki payını davamlı olaraq artırdı. Eyni zamanda bu raundların hər biri Eberhard və Tarpenninqin paylarını azaltdı. Qeyd edək ki, Maskın payı bu gün də artır, çünki o, maaş əvəzinə səhm opsionlarını alır.

356998392 default

Forbes-a verdiyi müsahibədə 61 yaşlı Eberhard Tesla-da “kiçik” pay saxladığını söylədi, lakin təfərrüatları açıqlamadı. O, Vaşinqton əyalətinin San-Huan adalarındakı evində ikən dedi: “Mən səhmlərimin böyük hissəsini çoxdan satmışam. İnsanlar nədənsə mənim çoxlu pulum olduğunu düşünürlər. Amma bu belə deyil”.

Eberhardın sözlərinə görə, əgər o, 1990-cı illərin sonlarında Tarpenninqlə birlikdə yaratdığı ilk korporativ elektron oxucu Rocket eBook-un satışı sayəsində zənginləşsəydi, Maskdan pul almazdı.

Mask tez-tez pula əhəmiyyət vermədiyini deyir. Keçən il o, Los-Ancelesdəki malikanələrini satışa çıxararaq SpaceX-in Texas ştatındakı komplekslərdən birində məskunlaşdı. Buna baxmayaraq, sahibkar varlanmağa davam edir.

Eberhard deyir: “Mən Tesla-dan qovulanda pulum yox idi. Heç yox idi. Üstəlik, bir ilə yaxın idi ki işə düzələ bilmirdim”. O, Tesla-dakı payının təfərrüatlarını açıqlamaqdan imtina etsə də, milyarder olmadığını təsdiqlədi. Hazırda Tarpenninq “Silikon Vadisində” yerləşən Spero Ventures vençur şirkətə sahibdir.

Beləliklə, Tesla-nın beş rəsmi qurucusundan yalnız Straubel və Mask milyarder oldu. Straubel Tesla-dan 2019-cu ildə ayrıldı və o vaxtdan bəri səhmlərinin böyük hissəsini özündə saxlayaraq 1.3 milyard dollar sərvət topladı. Redwood Materials akkumulyatorunun təkrar emalı startapını idarə edən sahibkar bu suala şərh verməkdən imtina etdi.

Tesla-nı qurduqdan bir neçə ay sonra Eberhard və Tarpenninqə qoşulan mühəndis Rayt 2005-ci ildə başqa bir elektrik avtomobil istehsalçısını yaratdı. O, payını illər əvvəl satdı.

“Hazırda Tesla səhmlərinə sahib deyiləm. Əlbəttə, 1 trilyon dollarlıq kapitallaşmanı təsəvvür belə etmirdim!”, – deyə mütəxəssis xatırladı.

Avtomobil sənayesində qlobal inqilabın simvoluna çevrilən şirkət Maska nəinki dünyanın ən varlı insanı olmağa imkan verdi, həm də digər investorları və idarə heyəti üzvlərini zənginləşdirdi. Onlar arasında vençur kapitalist Ayr Erenprayq, Larri Ellison və Maskın kiçik qardaşı Kimbal var.

Tesla-nın elektrikli avtomobillərin istehsalı sahəsindəki uğurlarına, maliyyə sabitliyinə və Maskın diqqət mərkəzində olmaq istəyinə baxmayaraq, şirkət idarəetmədəki xaosla əlaqələndirilir. Bunun nəticəsi idi ki, Tesla-ya nəzarət həmtəsisçilərin yalnız birinin əlində cəmlənib.

“Digər böyük texnoloji şirkətlərin bir anda böyük sərvət qazanması ağlabatan görünür, Tesla isə Apple korporasiyasını xatırladır”, – deyə Uorton məktəbinin menecment fakültəsinin müəllimi Devid Hsu söyləyir. Onun sözlərinə görə, Apple şirkətinin həmtəsisçisi Stiv Cobsun 2011-ci ildə payı 2 milyard dollar olaraq qiymətləndirilirdi. Müqayisə üçün: Stiv Voznyakın sərvəti hazırda 100 milyon dollar təşkil edir.

“Bu, təkcə həmtəsisçilərə aid deyil. İnvestorların, o cümlədən “biznes mələklərinin” fürsətləri qaçırdığı hallar da olub”, – deyə Hsu əlavə edir.

marc tarpenning spero partner tesla co founder joins board of reforestation startup droneseed

Buna baxmayaraq, şirkətin ilk baş direktoru 5% paya sahib olsa da, heç bir narazılığının olmadığını vurğulayır.

“Qiymətləndirmə necə varsa, elədir. Mən şirkətin uğur qazanmasına şadam. Belə ki, bəşəriyyətin ənənəvi yanacaq mənbələrindən imtina etməsi çox vacibdir və Tesla bu keçidin önündədir”, – deyə Eberhard qeyd edir.

“Mask haqqında fikrim nə olursa olsun, mən hələ də elektriklə işləyən avtomobillər sahəsində bizim başladığımız inqilabı görməkdən xoşbəxtəm və istərdim ki, bu inqilab qələbə ilə başa çatsın, – deyə o, yekunlaşdırıb. – Başqa cür ola da bilməz”.

Son xəbərlər
Digər xəbərlər