3 C
Baku
Saturday, December 14, 2024

Gizli komissiyalar. Kredit götürdüyümüzdə nəyə diqqət etirməliyik?

Nadir hallarda kredit ödənişi reklamda verilən məlumatla uyğun gəlir. Faiz dərəcəsindən savayı digər müxtəlif ödəmələr də mövcuddur. Onlar gizli komissiyalar adlanırlar.Gizli komissiyalarn müxtəlif növləri var.

Biz sizə bu məqalədə gizli komissiyaların bir neçələrini təqdim edəcəyik.

1. Hesab xidmətləri üçün komissiya;

Müqavilə bağlanılan zaman adətən bu şərtə kredit götürən diqqət etmir. Ona görə komissiyanın bu növü ən «qəddar» komissiya hesab edilir.

Hesab xidmətləri üçün tutulan komissiyanın faizləri olduqca yüksək də ola bilər.

Məsələn, təsəvvür edək ki, bir ayda hesab xidmətləri üçün tutulan komissiyanın faiz dərəcəsi 0,5%-dir. Bir ildə isə bu 6% edir. Və ən xoşagəlməz hal ondadır ki, bu komissiyanın faizləri borc qalığından deyil, bütovlükdə alınmış məbləğdən hesab edilir.

2. Hesaba pul yatırmağa və nağdlaşdırılmaya görə tutulan komissiya;

Bu komissiyanın faiz dərəcələri 10%-ə qədər çata bilir.

3. Sığortaya görə tutulan komissiya;

Bura həm daşınmaz əmlakın, həm də kreditə götürülmüş məişət əşyaların sığortalanması aiddir.

4. Hesabın vəziyyəti haqqında SMS-məlumatları xidmətindən istifadəyə görə komissiya;

Bura sizin mobil telefonunuza və yaxud elektron poçt ünvanınıza aylıq kredit ödənişi etməyiniz haqqında gələn məlumatlar aiddir.

5. Kredit ödənişini gecikdirdiyiniz və yaxud vaxtından tez ödədiyiniz üçün tutulan komissiyalar;

Birdəfəlik, aylıq, müəyyən və üzən komissiyalar olur. Bu komissiyaların sayəsində kreditin ümumi dəyəri 40- 60%-ə yüksələ bilər.

Buna görə də kredit götürdüyünüz zaman reklamda göstərilən faiz dərəcələrinə arxalanmayın, müqavilənin bütün şərtlərinə diqqət yetirin.

Müqavilədə mütləq kredit üzrə bütün komissiyalar qeyd olunur.

Siz müqaviləni imzaladığınızdan sonra hətta məhkəməyə müraciət etsəniz belə, komissiya ödəmək öhdəliyindən azad ola bilməyəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər