“Sizin Lombard” brendi ilə bazarda fəaliyyətdə olan “GL” ASC yeni istiqrazlar buraxır.
Banker.az xəbər verir ki, lombard şirkətinin istiqrazlarının hər birinin nominal dəyəri 1000 manat olmaqla 500 ədəd emissiya ediləcək.
Bu da ümumilikdə 500 000 manatlıq istiqraz paketidir.
İstiqrazların illik gəlirliliyi 12 faiz olmaqla anderraytinqliyi “İnvestaz İnvestisiya Şirkəti” QSC edəcək.