16 C
Baku
Friday, September 27, 2024

“GL LTD”də daha bir baş direktor təyin edilib

“GL LTD”nin Hüquq məsələləri üzrə direktoru Pərviz Təhməzov 7 yanvar 2024-cü il tarixindən etibarən Hüquq və komplayens üzrə baş direktor vəzifəsinə təyin edil.

Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilir.

P.Təhməzov yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin Baş icraçı direktorunun tabeliyində fəaliyyət etməyə davam edəcək.

P.Təhməzov 2022-ci ildə “GL LTD”nin heyətinə qatılıb. Buna qədər 11 il ərzində “BP Azerbaijan”da çalışıb.

Xatırladaq ki, “GL LTD” MMC 2019-cu ilin aprelində yaradılıb və “GL International LTD”nin törəmə şirkətidir. 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar SOCAR ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.

Son xəbərlər
Digər xəbərlər