12 C
Baku
Wednesday, December 11, 2024

“Global Spirits” spirtli içkilərin Azırbaycanda istehsalına başlayacaq – tarix açıqlandı

Cari həftə “Global Spirits” holdinqi (“Хортица”, “Shustoff”, “Мороша” brendləri) Azərbaycan və Belarusda spirtli içkilərin istehsalına başlayacaq. Bunu holdinqin sahibi Yevgeni Çernyak deyib.

“Avqustun 15-dən Belarusda istehsala başlayırıq, çünki bu perspektivli bazardır. Orada daxili rəqabət kifayət qədər yaxşı təşkil olunub, bizim bazar seqmentində hər şey düzgündür. Və fikrimcə, avqustun 10-da Azərbaycanda istehsala başlayırıq”, – Y.Çernyak Радио НВ-nin efirində bildirib.

Onun sözlərinə görə, şirkət “xarici bazarlara çıxmaq barədə qərarı ona görə qəbul edib ki, onlar daha stabildir, yüksək marja və biznes üçün daha düzgün oyun qaydalarına malikdir”. Xüsusilə, Polşada satışlar “çox yaxşıdır”, o cümlədən, Qazaxıstan və Pribaltika ölkələrində satış həcmləri artır.

Həmçinin “Global Spirits” Almaniya və Şimali Amerika, o cümlədən ABŞ və Kanadada fəaliyyət göstərir.

“Global Spirits” – spirtli içki istehsalı üzrə dünya lideri, şərqi Avropada ən iri beynəlxalq spirlin içki holdinqidir. Holdinqin məhsulları dünyanın 87-dən çox ölkəsinə ixrac olunur. Mərkəzi ofis Nyu-Yorkda (ABŞ) yerləşir.

Son xəbərlər
Digər xəbərlər