9 C
Baku
Friday, December 13, 2024

“Gloria Jeans Coffee” Azərbaycanın dövlət şirkətini məhkəməyə verib

Amerika və Avstraliyanın Bakıda fəaliyyət göstərən “Gloria Jeans Coffee” qəhvə kafeləri şəbəkəsi dövlətin şirkətini məhkəməyə verib.

Banker.az xəbər verir ki, şəbəkənin məxsus olduğu “FBCO” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkənin yeganə pərakəndə elektrik təchizatçısı olan “Azərişıq” ASC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məhkəmənin detalları tam açıqlanmasa da, işin mahiyyəti “öhdəliklər üzrə mübahisələr” ilə əlaqəlidir.

“FBCO” 2012-ci ildən dövlət qeydiyyatına alınıb və hazırda 1 000 000 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər