“Türkiyənin “Gökbey” helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər”.
Bunu Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.
O bildirib ki, bu gün “Texnofest Azərbaycan”da nümayiş etdirilən “Gökbey” helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb:
“Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq” – deyə o qeyd edib.