“Golden Pay” (Hesab.az) zərərlə işləyənlərin siyahısına keçib

0

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan “Golden Pay” (və ya rəsmi adı ilə “Qoldenpey” ASC) 2018-ci ili 33,91 min manatlıq zərərlə tamamlayıbmış.

Bu barədə Banker.az-ın əldə etdiyi şirkətin 2018-ci il üzrə audit hesabatında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Hesabata görə ilin 4 rübü ərzində onlayn ödəmə şirkətinin gəlirləri 3 057 min manat, xidmətin maya dəyəri isə 1 581 min manat, inzibati xərcləri isə 1 279 min manat olub. Qeyd edək ki, 2018-ci il üzrə ümumi mənfəəti öncəki dövrlə müqayisədə 26% çox olmasına rəğmən, inzibati xərclərindəki artımlar 33 faiz daha çox olub. Bu da şirkətin il ərzində cəmi 197 min manat ətrafında əməliyyat gəliri əldə etməsi deməkdir – öncəki il bu rəqəm 211 min manata yaxın idi.

Bununla belə Golden Pay-ın hesabat dövründə 41 min manatdan çox əlavə faiz xərcləri yaranıb və175 min manatlıq aktivlərindən silinmələr baş verib. Nəticə olaraq Şirkət 2017-ci ildəki 153 min manatlıq xalis mənfəəti 2018-ci ildə 34 min manatlıq zərərlə əvəzlənib.

Şirkətin hazırda cəmi aktivlərinin həcmi 1 681 min manat, cəmi kapitalı 18 min və öhdəlikləri isə 1 663 min manatdır.

Şirkət 2008-ci ildən tam hazırlıqlı formada fəaliyyətə başlamışdı. 2011-ci ildə şirkət tərəfindən “hesab.az” adlı ödəmə portalı yaradılmışdır.

Golden Pay şirkəti səhmlərin kütləvi satışını təşkil etmək məqsədilə 14 mart, 2014-cü il tarixində təşkilati hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyətindən Açıq Səhmdar Cəmiyyətinə dəyişdirmişdir. 

Hal-hazırda şirkətə aid bütün səhmlər Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş GoldenPay International şirkətinə məxsusdur.