Avropa bankları koronavirusun yayılması səbəbindən növbəti üç il ərzində 30 milyard avro (34 milyard dollar) zərər verəcəklər.
Banker.az xəbər verir ki, bu haqda “Goldman Sachs” ın analitiklərin hesabatına istinadən “Bloomberg” məlumat verib.
Onların proqnozlarına görə, kredit riskinin artması və mənfəətin azalması səbəbindən bankların zərəri 7% təşkil edəcək. Martın 9-u koronavirusun yayılması və neft qiymətinin (bir barelə üçün 33 dollar) aşağı düşməsi fonunda “Stoxx 600 Banks” indeksinin 5% azalması ilə bu göstərici 11%-a çatmışdır.
Mütəxəssislərin fikrincə, koronavirus epidemiyasından ilk növbədə Almaniya, İtaliya və Yunanıstan bankları zərər çəkəcəklər. Fransa və Benelux ölkələri (Lüksemburq, Niderland, Belçika) isə əksinə, onun nəticələrinin öhdəsindən daha yaxşı gələ biləcəklər. “Goldman Sachs” xüsusilə Fransanın “BNP Paribas”, Niderlandın “ING Groep”, İspaniyanın “Banco Standarter” və İngiltərənin “HSBC Holdings” kredit təşkilatını seçir.
Ümumilikdə, Avropa bankları indi “son 10 ildə olduğundan daha güclü bir vəziyyətdədir”, analitiklər hesab edirlər.
Xatırladaq ki, ötən həftə “Bloomberg” koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərərin ən pis halda 2,7 trilyon dollar təşkil edəcəyini bildirmişdir.