2 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs” bacarıqlı bankirləri Avropada işə cəlb edir

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından (Brexit) sonra böyük investisiya bankları Avropa qitəsinə üz tutmağa davam edir. Banker.az Financial News-a istinadən xəbər verir ki, nəhəng Wall Street bankı Goldman Sachs keçən il Aİ əməliyyatlarını gücləndirmək üçün bölgəyə 350 işçi cəlb edib.

Mayın 19-da açıqlanan məlumatlara görə, 2021-ci ilin sonu etibarilə Goldman Sachs-ın Avropa bölməsində 908 işçisi var idi. Bu rəqəm 2020-ci illə müqayisədə 63% çoxdur. Bankın açıqlamasında deyilir: “Goldman Sachs Group-un Brexit strategiyasının bir hissəsi olaraq 2021-ci ildə Avropanın dörd bir yanında fəaliyyətimizi genişləndirməyə davam edəcəyik”.

Qeyd edək ki, Goldman Sachs Avropanın müxtəlif yerlərində ən yaxşı bankirlərə sahib olmağı özündə ehtiva edən Brexit strategiyasını həyata keçirir. Bununla əlaqədar olaraq, Wall Street bankı İspaniya, İtaliya və Skandinaviya dövlətləri də daxil olmaqla, qitədə müqaviləli bankirlərdən ibarət komandalarını gücləndirir. Fransanın “Le Figaro” qəzetinin xəbərinə görə, Goldman qarşıdakı 18 ay ərzində onu Parisdəki ofisinə daha 50 bankir işə götürəcək.

Ötən il bank bölgə üzrə kompensasiya ödənişlərinə əvvəlki ilə nisbətən 4 dəfə çox vəsait xərcləyib. Goldman-ın Avropadakı işçi xərcləri 114 milyon avrodan 536 milyon avroya yüksəlib. Keçən il gözlənilmədən geniş yayılmağa başlayan müqaviləli bankçılıq maliyyə nəhənglərini bacarıqlı işçilərini qoruyub saxlamağa məcbur etdi. Goldman Sachs bu prosesdə dünya üzrə maaşları və bonusları artıran banklar arasında idi. Goldman-ın Avropadakı təzminat xərcləri orta hesabla 590 min avrodur.

Bank həmçinin, rüb ərzində aktivlərini qitəyə köçürüb. 2021-ci ilin sonunda bankın Avropa bölməsindəki aktivləri bir il əvvələ nisbətən 32.8 mlrd. avro artaraq 55.1 mlrd. avro olub.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının (ECB) mayın 19-da dərc olunan maliyyə xidmətləri institutlarının Brexit-ə necə reaksiya verdiyinə dair çoxdan gözlənilən icmalında banklar öz işçilərini kifayət qədər sürətlə qitəyə köçürmədikləri üçün tənqid edilib.

Son xəbərlər
Digər xəbərlər