Cari il Bitcoin kriptovalyutası üçün çox uğurlu oldu. Belə ki, onun məzənnəsi ilin əvvəlindən başlayaraq iyun ayının ortalarına qədər 1000 dollardan 3000 dollara qədər artıb.
Banker.az xəbər verir ki, Goldman Sachs-ın əsas analitiki Şeba Cafari-nin proqnozlarına əsasən, Bitcoin valyutası 1 qəpik üçün 4 min dollara qədər artacaq, lakin buna zaman tələb olunur.
Cafari həmçinin qeyd edib ki, indi Bitcoin məzənnəsi “dördüncü korreksiya dalğası” yaşayır və bunun çərçivəsində məzənnə 1 Bitcoin üçün 1,857 dollardan aşağı düşməməlidir. Dördüncü dalğanın ardınca beşinci gələcək ki, bu da kriptovalyutanın dəyərinin daha əhəmiyyətli artımına, yəni 4 min dollara qədər qalxmasına səbəb olacaq.