13 C
Baku
Saturday, November 23, 2024

“Goldman Sachs” dollar/lirə cütlüyünün 12 ayda 28.00 səviyyəsinə çata biləcəyini proqnoz edir

Nüfuzlu bank “Goldman Sachs”  Türkiyə prezidentinin Nazirlər Kabinetinin yeni tərkini açıqladıqdan sonra Türk lirəsi ilə bağlı proqnozunu yenidən nəzərdən keçirərək, növəti bir il üçün dollara nisbətdə əvvəlki 22 lirə proqnozla müqayisədə 28 lirəyə qədər zəifləyəcəyini gözlədiyini bildirib.

Banker.az bunu Reuters-ə istinadən xəbər verir.

Ölkə lideri şənbə günü Türkiyənin yaşayış xərcləri böhranı və digər gərginlikləri həll etmək üçün kabinetinə xəzinə və maliyyə naziri kimi Mehmet Şimşək təyin edib və bu yeni seçilmiş hökumətinin daha ənənəvi iqtisadi siyasətlərə qayıdacağına işarə edib.

Bank Türkiyə pulunun 3, 6 və 12 ayda müvafiq olaraq dollara nisbətdə 23.00, 25.00 və 28.00 lirəyə kimi zəifləyəcəyini gözlədiyini bildirib. Öncəki proqnozunda bu 19.00, 21.00 və 22.00 lirə idi.

Analitiklərin fikrincə, hadisələrdən asılı olaraq, USD/TRY 28.00 səviyyəsinə bir ildən az müddətdə yüksələ bilər. Eyni şəkildə, gözləniləndən daha böyük bir faiz tənzimlənməsi lirənin proqnozdan daha az zəifləməsi lazım ola biləcəyini ifadə edə biləcəyi bildirlib.

Bu gün foreks birjaları açılarkən USD/TRY cütlüyü 0.1795 lirə, yaxud 0.85% bahalaşmaqla 21.2220 səviyyəsinə çatıb.

Son xəbərlər
Digər xəbərlər