ABŞ-nin nüfuzlu bankı “Goldman Sachs”ın strateqlərinə görə, valyuta treyderləri Tramp administrasiyasının yeni tariflər tətbiq etmə riskini lazımınca qiymətləndirmirlər. Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, bu da dolların cəlbediciliyini və gələcəkdə daha çox bahalaşma perspektivini artırır.
“Son nəticədə, bütün tariflər forex (valyuta bazarı) baxımından eyni təsirə malik deyil”, – “Goldman”ın analitikləri Karen Riçgot Fishman və Leksi Kanter cümə axşamı qeydlərində yazıblar. “Lakin son həftələrdə əsas valyuta cütlüklərində premyanın azalmasını nəzərə alsaq, biz bir daha düşünürük ki, tarif riskləri aşağı qiymətləndirilir və bu, dolların uzunmüddətli mövqelərini daha da cəlbedici edir.”
“Bloomberg Dollar Spot” İndeksi keçən ilin noyabrında Donald Trampın seçilməsindən sonra kəskin şəkildə yüksəldi. Bunun əsas səbəbi investorların yeni administrasiyanın proteksionist ticarət siyasətlərinin inflyasiyanı artıracağı və bunun da ABŞ gəlirlərini dəstəkləyəcəyi ehtimalına mərc qoymaları idi.
Lakin son bir ayda dolların məzənnəsində artımı azalıb və ABŞ xəzinə istiqrazları bahalaşıb, çünki treyderlər ticarət müharibəsinin artan təsirlərini nəzərə alırlar. “Bank of America”san olan analitik ötən həftə yazmışdı ki, əgər qlobal ticarət tərəfdaşları ABŞ-a cavab tədbirləri görsələr, Trampın tarif siyasəti nəticədə dolları ucuzlaşdıra bilər.
“Goldman Sachs” komandası qeyd edir ki, mövcud şəraitdə dolların uzunmüddətli mövqeyini qorumaq “çətin ola bilər”, lakin onlar avro və Kanada dollarına qarşı mənfi mövqelərin tarif risklərinə qarşı nisbətən ucuz sığorta olduğunu bildirirlər. Analitiklərə görə, qarşılıqlı tariflər (kritik idxala tətbiq edilənlərdən fərqli olaraq) dollar üçün ən böyük yüksəliş riskini təmsil edir.