14 C
Baku
Sunday, November 24, 2024

Goldman Sachs dollarla bağlı proqnozlarını verdi

Goldman Sachs Group komandası başda qlobal bazarlar və makroiqtisadiyyat şöbəsinin həmsədri Françesko Qarçarelli olmaqla treyderlər üçün 2017-ci il üzrə məsləhət toplusu hazırladı.

Bəzi məsləhətlər bankın artıq üzləşdiyi tendensiya və çağırışların davamı olsa da, digərləri kifayət qədər yeni ideyalardır.

Dollar inkişaf etmiş bazarlarda hökmranlıq edən populizmdən uduşlu çıxacaq:

Dünya ticarəti üçün 2016-cı ildə əhəmiyyət daşıyan çağırışlar 2017-ci ildə də geri dönəcək, lakin bəzi dəyişikliklər ilə. Goldman Sachs araşdırmaçılarının fikrincə bu bütün Yer kürəsini əhatə edən və genişlənən populizm dalğası ilə əlaqədardır.

ABŞ-da maliyyə stimullaşdırılmasının artırılması, proteksionizm və immiqrasiya üzrə nəzarət fonunda amerikan dollarının məzənnəsi müsbət istiqamətdə hərəkət etməyə başlayıb. Avropada isə Böyük Britaniyanın Aİ-nın tərkibindən çıxması haqqında qərarı ilə qeyri-müəyyənlik davam edir ki, bu da funt sterlinqə mənfi təsir edir.

Bununla yanaşı, 4 dekabrda İtaliyada referendumun keçirilməsi, həmçinin Fransa, Almaniya və Hollandiyada arşıdan gələn seçkilər Avropanın vahid valyutasına mənfi təsir edir.

Analitiklər amerikan dollarının avro/funt ilə münasibətdə 10%-lik potensial artım gözləyir.

Rahatlıqla inkişaf etməkdə olan ölkələrin valyutasına yatırım edin:

Analitiklər braziliya realı, rus rublu, hind rupisi və cənubi afrika randası zənbilindən fyuçers müqavilələri əldə etməyi məsləhət görür. Qarçarelli yazır ki, gözlənilən gəlirlilik səviyyəsi təqribən 14% təşkil edir. ABŞ-da keçirilən prezident seçkilərindən sonra ki, dövrdə bu yüksək gəlirli valyutaların bəziləri inkişaf etməkdə olan ölkələrin bazarlarında aktivlərin satışından zərər gördü ki, bu da uzun mövqelərə başlamaq üçün əlverişli dövrə işarə edir.

İnkişaf etməkdə olan ölkələrin uzunmüddətli istiqrazları artım təsirinə malikdir:

İnkişaf etməkdə olan ölkələrin qiymətli kağızlarını təhlil edən analitiklər belə nəticəyə gəlmişlər ki, Braziliya, Polşa və Hindistan  Çin iqtisadiyyatı və ABŞ ticarət siyasətindən asılı olmayan gəlirli qiymətli kağızlar təklif edirlər.

Bununla əlaqədar olaraq, Goldman Varşava, San Paulo və Nyu-dehli birjasında kotirovka edilən zənbillərin birindən “alış-veriş” etməyi məsləhət görür.

İnflyasiyaya yatırım edirik:

İnflyasiya səviyyəsi və 10 illik xəzinədarlıq istiqrazları arasında spreddən sərmayə strategiyası istifadə etməklə yararlanmağı təklif edirlər. Analitiklər gəlirin 230 baza punktuna qədər olacağını proqnozlaşdırır.

Eyni zamanda, onlar Avropa bazarında da oxşar strategiyadan istifadə etməyi məsləhət görür, lakin artıq svoplardan istifadə etməklə.

Avropada dividentlərin artımına yatırım:

Goldman-ın irəli sürdüyü digər bir məsləhətin mahiyyəti isə bundan ibarətdir: Avropada artım divident ödənişlərinin artmasına səbəb olacaq. Analitiklər Euro Stoxx 50 indeksindən fyuçerslər almaq və hedcinq etməyi məqsədəuyğun hesab edirlər. 2016-cı ildə gəlirin cuzi artımına baxmayaraq, 2017-ci ildə Euro Stoxx 50 indeksi üzrə divident ödənişləri 6% təşkil edəcək.

Əsas divident ödənişləri (70-80%) bir qayda olaraq, I rübün sonunda baş tutur.

Son xəbərlər
Digər xəbərlər