25 C
Baku
Friday, April 19, 2024

“Goldman Sachs” FED-in faiz dərəcələrini azaldacağını proqnozlaşdırır

“Goldman Sachs” iqtisadçıları, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini 25 punkt azaldacağını proqnozlaşdırırlar.

Banker.az xəbər verir ki, bu haqda investisiya bankının ekspertləri məlumat verib.

Bu gözləntilər ABŞ və Çin arasında gedən ticarət müharibəsindən irəli gələn qeyri-müəyyənlik və maliyyəçilərin istiqraz bazarında qiymətə daha çox əhəmiyyət vermələri ilə əlaqədar olmuşdur.

FED siyasətçiləri faiz dərəcələrin azaldılması ilə əlaqədar olan gözləntiləri doğrultmamaqdan qorxurlar. Bu, FED nümayəndələrinin istiqraz bazarının siqnallarına çox əhəmiyyət verməsi ilə bağlıdır. Məsələn, gəlirlilik əyrisi və zərərsizlik səviyyəsi.

İstiqraz bazarı ticarətçiləri pul siyasətinin zəiflədilməsini israr edirlər. Bu, Mərkəzi Bankı stimullaşdırıcı hərəkətlərə sövq edir.

Bu və ya digər təqdirdə, istiqraz bazarı sentyabr ayında 0,25% azalma və 92% ehtimalı ilə FOMC-un oktyabr iclasının nəticələrindən sonra oxşar bir addımı nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər