-1 C
Baku
Sunday, December 15, 2024

“Goldman Sachs”: Neft 40 dollaradək ucuzlaşa bilər

“OPEC hasilatın dondurulması ilə bağlı razılığa gələ bilməzsə, neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər”. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, bunu “Goldman Sachs Group Inc.” investisiya bankının ekspertləri bildirib.
Bankın analitikləri oktyabrın 31-də hazırladıqları hesabatda OPEC ölkələrinin noyabr ayındakı görüşündə razılığın əldə edilməsi ehtimalının getdikcə sıfıra yaxınlaşdığı qeyd olunub: “Hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır. OPEC bütün üzvləri razı salacaq anlaşma əldə edə bilməzsə, neftin qiyməti 40 dollara yaxın səviyyəyə qədər azalacaq”.

APA

Son xəbərlər
Digər xəbərlər