7 C
Baku
Friday, March 31, 2023

“Goldman Sachs” neft qiymətlərinin artım proqnozunu yaxşılaşdırıb

Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” bazarlarda neft qiymətlərinin artım proqnozunu yaxşılaşdırıb.

Mayın 1-dən neft hasilatının azaldılması və pandemiyanın sarsıntısından sonra dünyada iqtisadi fəallaşma, 2021-ci ildə neft qiymətlərinin böhrandan əvvəlki səviyyəyə çatmasına səbəb olacaq.

Banker.azxəbər verir ki,  bu barədə “Reuters” xəbər agentliyi məlumat verib.

“Brent” markalı neftin qiyməti 2021-ci ilə qədər 52,50 dollardan 55,63 dollara, WTI markalı neftin qiyməti isə 48,50 dollardan 51,38 dollara yüksələcək.

Aprelin 12-də “Brent” 1,7 dəfə, WTI isə 2 dəfə artıb.

Xatırladaq ki, 12 aprel tarixində OPEC+ ölkələrinin iclası keçirilmişdir. Tərəflər mayın 1-dən neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə ortaq razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər
X