5 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs” neftin 35 dollara düşəcəyini proqnozlaşdırdı

“Goldman Sachs” neftin qısamüddətli perspektivdə 35 dollara düşəcəyini proqnozlaşdırıb. Xatırladaq ki, mart ayının əvvəlindən neftin qiyməti 43 dollardan yuxarı qalxıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bankın bildirdiyi kimi, emal mənfəətinin misli görünməmiş dərəcəyə enməsi, neftin qiymətinin həddən artıq yüksək olduğunu göstərir.

Bazar ertəsi günü Brent markalı neftin qiyməti, iyul ayında ümumu hasilatı 9,6 milyon barelə endirməyə razılıq verən OPEC+ ölkələri sazişin müddətini uzatdıqdan sonra 43 dolları keçib.

Eyni zamanda, “Goldman Sachs” neftin qiymətinin illik proqnozunu dəyişdirib – 35,6 dollardan 40,4 dollaradək. WTI neftinə gəldikdə, bank onun bu il 36 dollara satılacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər