6 C
Baku
Sunday, December 15, 2024

“Goldman Sachs” qlobal iqtisadi şok barədə xəbərdarlıq edib

ABŞ-ın aparıcı banklarından olan “Goldman Sachs”ın prezidenti Con Uoldron etiraf edib ki, hazırkı iqtisadi mühit ona bütün karyerasında ən çətin kimi görünür və qlobal iqtisadi şoklara işarə edir.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bu, indiyədək şahidi olduğum ən mürəkkəb, hətta ən dəyişkən vəziyyətlərdən biridir. Sistemdə baş verən şokların sayı mənə görünməmiş görünür”, – deyə Uoldron deyib.

“İqtisadi baxımdan qarşıda daha çətin günlər gözləyir”, – bankir əlavə edib.

Xatırladaq ki, çərşənbə günü ABŞ-ın ən böyük banklarından biri olan “JPMorgan Chase”in rəhbəri Ceymi Dimon çərşənbə günü Nyu-Yorkda maliyyə konfransında çıxış edərək, dünyanı iqtisadi qasırğa gözlədiyini və buna hazırlığa başlamaq lazım olduğunu deyib.

Son xəbərlər
Digər xəbərlər