Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşları barədə hüquqi qiymət verilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.
Banker.az AzVision-a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Baş İdarə rəisi qeyd edib ki, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur.
“Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”, – K.Əliyev bildirib.