14 C
Baku
Friday, May 17, 2024

Gömrük Komitəsi “Bakı Nəqliyyat Agentliyi”ni cərimələyir

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Xəzər Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Hüseyn Hüseynlidir.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər